ANAMA 3 cəbhəyanı rayonda mina axtarıb
17 may 2016 18:21 (UTC +04:00)

ANAMA 3 cəbhəyanı rayonda mina axtarıb

0

Bu gün Azərbaycan Ərazilərinin Mİnalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Füzuli, Tərtər və Ağdam rayonlarında 3 ev və həyətyanı sahəyə, 8 əkin sahəsinə, 35 partlayış yerinə baxış keçirilib, 1 ədəd 100 mm-lik OF 412 top mərmisi aşkar edilərək götürülüb, gün ərzində 40 320  kv. m ərazi təmizlənib.

 

ANAMA-dan Lent.az-a daxil olan məlumata görə, 7 Aprel - 17 May tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir və Bakı şəhərlərində 489 ev və həyətyanı sahə,  2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib. 1 422 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

 

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar