<b>2 nəfər maşının altında qalıb öldü</b>
03 avqust 2017 10:18 (UTC +04:00)

2 nəfər maşının altında qalıb öldü

Bakı ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az xəbər verir ki, Sabunçu rayonu Mehmandarov küçəsində paytaxt sakini Aqil Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə 49 yaşlı kişini vurub. Piyada aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

 

Oxşar hadisə Qubada da qeydə alınıb. Vaqif küçəsində “Lada” markalı avtomobil 52 yaşlı kişini vurub öldürüb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 202

Oxşar yazılar