Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib. Lent.az xəbər verir ki, 1977-ci il təvəllüdlü Qasımov Yusif Əbdül oğlu polisə müraciət edərək bildirib ki, tanışı, 1986-cı il təvəllüdlü Elşən Səmədov satış məqsədi ilə ondan 15300 dollarlıq qızıl alıb.
Şikayətçinin sözlərinə görə, E.Səmədov 2016-cı ilin noyabrında onun işlədiyi Mərkəzi Univermaqdan xeyli qızıl götürüb. Lakin həmin şəxs verdiyi vədə əməl etməyib və qızılların pulunu verməkdən boyun qaçırıb.
Müraciət əsasında araşdırma aparılır.