Azərbaycanda 13 yaşlı qızın faciəsi: ailəsi ölkədən gedəndən sonra öldü
12 dekabr 2017 16:33 (UTC +04:00)

Azərbaycanda 13 yaşlı qızın faciəsi: ailəsi ölkədən gedəndən sonra öldü

 

Bakının Sabunçu rayonunda 13 yaşlı qızın dəm qazından boğularaq ölməsiylə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, Maştağa qəsəbəsində evin hamam otağında qazdan zəhərlənən 2004-cü il təvəllüdlü Hüseynova Gülsarə Oqtay qızı xalası ilə yaşayırmış.

 

Bildirilir ki, valideynləri Türkiyəyə işləməyə gedəndən sonra Gülsarə müvəqqəti olaraq xalası ilə qalmağa başlayıb. Dünən yeniyetmə qız dərsdən gələndən sonra vanna otağına keçib. Qızdan xəbər çıxmadığını görən yaxınları qapını açanda onun huşsuz vəziyyətdə olduğunu görüblər. Məlum olub ki, 13 yaşlı qız  artıq keçinib.

 

Araşdırmalar davam etdirilir.

 

*****

 

8:06

 

Bakının Sabunçu rayonunda dəm qazı 13 yaşlı qızın ölümünə səbəb olub.

 

APA-nın məlumatına görə, bədbəxt hadisə Maştağa qəsəbəsində baş verib.

 

Uzun müddət zənglərə cavab verməyən 2004-cü il təvəllüdlü qəsəbə sakini Hüseynova Gülsarə Oqtay qızı huşsuz vəziyyətdə yaxınları tərəfindən hamam otağında aşkarlanıb və bu barədə təcili tibbi yardım xidmətinə məlumat verilib. Ancaq ilkin baxış zamanı onun dünyasını dəyişdiyi məlum olub.

 

Məlumata görə, 13 yaşlı qız həmin vaxt evdə tək olub. Onun ailə üzvləri isə ölkədə deyilmiş.

 

Hadisəni Sabunçu prokurorluğu araşdırır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 174
avatar

Nizam Rza

Oxşar yazılar