"Aztelekom" kabellərini oğurlayan şəxs ələ keçdi
14 dekabr 2015 13:35 (UTC +04:00)

"Aztelekom" kabellərini oğurlayan şəxs ələ keçdi

0

“Aztelekom”un işlək kabellərini oğurlayan şəxs saxlanılıb.

Lent.az-ın Daxili İşlər  Nazirliyinin saytına istinadən məlumatına görə, dekabrın 10-na keçən gecə Masallı rayonunun Kosakül kəndində “Aztelekom” İB-nə məxsus işlək vəziyyətdə olan rabitə kabelinin 370 metrlik hissəsi kəsilərək oğurlanıb.

Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini İlqar Mustafayev tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun dekabrın 7-nə keçən gecə Əhmədli kəndində “Aztelekom” İB-nə məxsus rabitə kabelinin 190 metrlik hissəsini kəsərək oğurlaması da müəyyən edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 469

Oxşar yazılar