
"AMAY" Abdullanın məhkəməsində zərəçəkənlər dindirildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan sahibi Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş şəxslər – Əmirəli Yusifov, Nihad Qurbanov, Nurəddin Əsədov, Səmayə Nuriyeva ifadə verib. Onlar hər hansı şikayətlərinin olmadığını, zərər çəkmədiklərini deyiblər.
Daha sonra prosesdə “Texnikabank”ın nümayəndəsi Rüstəm Umudov ifadə verib. O, bildirib ki, A. Abdullayevə kredit verilib və kredit ödənilib. U. Rəhimov hər hansı tələblərinin olmadığını bildirib.
Proses aprelin 7-də davam etdiriləcək.
Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.
Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.
Oxşar yazılar

Göyçayda güclü yanğın əmlak sahibinə ciddi ziyan vurdu - FOTO
12 may 2025 , 00:22
Ağsuda 50 yaşlı kişi ağac parçası ilə döyüldü
11 may 2025 , 22:41Tərtərdə dolu ciddi fəsadlar törətdi - VİDEO
11 may 2025 , 21:57
“Range Rover” “Opel”lə toqquşdu- 3 ağır yaralı var
11 may 2025 , 19:36
Sumqayıtda yola avtomobil yağı dağılıb-YENİLƏNİB
11 may 2025 , 19:23
Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü-YENİLƏNİB-VİDEO
11 may 2025 , 14:16
Balakəndə evdən meyit tapıldı
11 may 2025 , 10:52