"Veysəloğlu"nun menecerinə 7 il həbs
15 yanvar 2016 11:04 (UTC +04:00)

"Veysəloğlu"nun menecerinə 7 il həbs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Nahid Axundovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
 
Lent.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Nahid Axundov 7 il müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs edilib.
 
Qeyd edək ki, Nahid Axundov "Veysəloğlu" MMC- də satış meneceri olub. O, 12 min manat pul mənimsəmədə təqsirləndirilir. İstintaq dövründə Nahid Axundov barəsində həbs qətiimkan tədbiri seçilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 707
avatar

Səlcuq Elçin

Oxşar yazılar