Rusiyada Belorus kriminal aləminin tanınmış nümayəndəsi, “qanuni oğru” Oleq Gerasimovun məhkəməsi keçirilib.
Lent.az-ın "aznews" istinadən verdiyi məlumata görə, kriminal aləmdə “Mumu” və ya “Olqe Sluski” kimi tanınan bu şəxs narkotik maddələr saxlamaqda ittiham edilir. Bu il martın 19-da saxlanılan Mumu kiçik dəlıduzluğa görə 3 sutkanı təcridxanada keçirib. Daha sonra Minskdən Moskvaya gedən Mumunu hava limanında polislər qarşılayıb. İki saat davam edən məhkəmədə Mumu 6 ay həbsə məhkum eidilib.
Qeyd edək ki, Mumu 2012-ci ilin dekabrında Dubayda “taclandırılan” 4 beloruslu “qanuni oğru”dan biri idi. 60-a yaxın şəxsin iştirak etdiyi “sxodka”da taclandırılanlar Rövşən Lənkəranskinin də dəstəyini qazanmışdılar.