APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, bu barədə Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə açıqlamasında bildirib.
Etibar Mirzəyev açıqlamasında bildirib: “Yanvarın 12-si saat 22.08-də Fövqəladə Hallar Nazirliyinə daxil olan məlumata əsasən Bakıdan Gürcüstan istiqamətində hərəkət edən neft məhsulları daşıyan qatarın 3 çəni relsdən çıxaraq aşıb və böyük yanğına səbəb olub. Hadisə Hacıqabul rayonunun Pirsaat qəsəbəsində baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın 4,5 saata qədər davam edib. Saat 2.30 radələrində yanğın tam söndürülüb. Qeyd etmək istəyirəm ki, yanğın zamanı heç bir xəsarət alan olmayıb. Yanğının səbəbləri aydınlaşdırılır. Bu barədə əlavə açıqlamalar veriləcək. Yanğınla bağlı 3-cü dərəcəli yanğın çağırışı verilib. Yanğının söndürülməsinə Şirvan, Hacıqabul, Kürdəmir və Bakı şəhərindən yanğınsöndürən texnika və 70-ə yaxın əməkdaş cəlb edilib”.