"OMON"-çu Elçin Əmiraslanovun həbsdə ciyəri çürüyüb
25 oktyabr 2017 19:09 (UTC +04:00)

"OMON"-çu Elçin Əmiraslanovun həbsdə ciyəri çürüyüb

0

 

Keçmiş “OMON”-çu, Qobustan həbsxanasında ömürlük cəza çəkən Elçin Əmiraslanovun həbsxanada ciyəri çürüyüb. 

 

Lent.az-ın məlumatına görə, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

 

Vəkil bildirib ki, bu gün həbsxanda onunla görüşüb: “Elçin Əmiraslanov sol tərəfi demək olar ki, tamamilə iflic olub, sol qolunu hərəkət etdirə bilmir, son vaxtlar epilepsiya qıcolmaları artıb. Həbsxanada saxlanıldığı dövrdə hepatit-C virusuna yoluxub və qara ciyəri çürüyür". 

 

Qeyd edək ki, E.Əmiraslanov 1996-cı ildə məhkəmənin hökmü ilə ölüm cəzasına məhkum olunub. Daha sonra onların cəzası ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 423

Oxşar yazılar