Hindistanda ikibaşlı körpə əməliyyat olunub. Lent.az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə, səkkiz aylıq körpənin əməliyyatı Kəlküttədə olub. Tofacal adlı oğlanı əməliyyat edən neyrocərrah Sisira Dasa bunun çətin bir əməliyyat olduğunu deyib: “ Başının üstündə təqribən bir kiloqrama yaxın ikinci baş vardı. Əməliyyat beş saat davam etdi. Mən heç vaxt belə böyük beyin yırtığı əməliyyatı etməmişdim. Çox məsuliyyətliydi. Uşaq ölə bilərdi. Hazırda vəziyyəti normaldı. Bir neçə günə evə buraxılacaq”.