“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Milli-mənəvi dəyərlərimiz və müasir çağırışlar” adlı növbəti tədbirini Şabran rayonunda keçirib. Birlikdən Lent.az-a verilən məlumata görə, tədbirdə çıxış edən təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, bu gün Azərbaycan müasir olduğu qədər milli-mənəvi dəyərlərinə də bağlıdır.
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli qeyd edib ki, bu gün milli adət-ənənələrlə yanaşı, həm də mənəvi dəyərlərin mühafizə olunmasına, layiqincə yaşadılmasına ehtiyac var.
Tədbirdə Şabran rayon İcra Hakimiyyəti başçısının müavini Fikrət Nuriyev, DQİDK -nin Quba bölgəsi üzrə şöbənin əməkdaşı Ramin Xudayev, Şabran rayon Gənclər və İdman idarəsinin rəisi Süleyman Əlməmmədov mövzu ətrafında fikir mübadiləsi aparıblar.