Bunu APA-ya açıqlamasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin köməkçisi Vüqar Sadıqov deyib.
V. Sadıqov bildirib ki, hadisə barədə xəbər yayıldıqdan sonra dəqiqləşdirmə aparılıb və məlum olub ki, QSC-nin belə əməkdaşı yoxdur: ““Xəzər” MMC isə özəl şirkətdir, gəmi təmiri ilə məşğul olur”.
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə APA-ya bildirib ki, ki, “Xəzər” MMC-nin ARDNŞ-ə və onun prezidenti Rövnəq Abdullayevə heç bir aidiyyəti yoxdur.
Məsələyə “Xəzər” MMC-dən münasibət öyrənmək olmayıb.
***
16/27
“Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin bədbəxt hadisə baş verib.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
“Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi”nin gəmi təmiri sexində quraşdırıcı işləyən, 1986-cı il təvəllüdlü Mirbağır Mirnağı oğlu Zeynalov ehtiyatsızlıqdan dənizə düşərək boğulub. Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.