Siyəzəndə bank hesabından qeyri-qanuni yolla pul çıxarılıb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, cari il avqustun 10-da Siyəzən şəhər sakini Samirə Cavadovanın “Unibank”dakı hesabından 365 manat çıxarılaraq oğurlanıb. Siyəzən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun şəhər sakini, əvvəllər məhkum olunmuş Sərvər Mirzəyev tərəfindən törədilməsi müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanıb.