“Şərurlu” İsfəndiyarın qohumuna pul "atan" şəxsə 11 il cəza verildi
09 dekabr 2015 12:18 (UTC +04:00)

“Şərurlu” İsfəndiyarın qohumuna pul "atan" şəxsə 11 il cəza verildi

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oliqarxların yaxınlarına pul atmaqda təqsirli bilinən 1984-cü il təvəllüdlü Araz Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, Araz Eyvazovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Araz Eyvazov son sözlə çıxış edib: "Mənim taleyim sizin əlinizdədir. Eldəniz pulu silməyin dərdindən məni qurban elədi. Mənim cinayətim yoxdur". Hakimlər kollegiyasının hökmünə əsasən, Araz Eyvazov 11 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, prosesdə zərərçəkmiş şəxs qismində Şərurun keçmiş icra başçısı Rəfael Rəsulovun oğlu Orxan Rəsulov, Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlu Tağı Nağıyev, "Şərur" Tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundov tanınıblar. Ümumilikdə Araz Eyvazovun 3 milyon 600 min manat pulu mənimsədiyi bildirilir.

 

Araz Eyvazov Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.

 

prosesdə zərərçəkmiş şəxs qismində Şərurun keçmiş icra başçısı Rəfael Rəsulovun oğlu Orxan Rəsulov, Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlu Tağı Nağıyev, "Şərur" Tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundov tanınıblar. Ümumilikdə Araz Eyvazovun 3 milyon 600 min manat pulu mənimsədiyi bildirilir.

Araz Eyvazov Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 263
avatar

Səlcuq Elçin

Oxşar yazılar