“Şəms” MMC-nin sahibini sifarişlə qətl edənin şikayətinə baxıldı
06 aprel 2016 10:20 (UTC +04:00)

“Şəms” MMC-nin sahibini sifarişlə qətl edənin şikayətinə baxıldı

 

 

Bakı Apellyasiya Məhkəməsində sifarişli qətl törətməkdə təqsirləndirilən Şahvələd İmanovun birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayətə baxılıb. Lent.az-ın məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən onun şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

 

 

Qeyd edək ki, qətl 2013-cü ilin may ayında baş verib. “Şəms” MMC firmasının sahibi Mirəli Həqzadə yaşadığı binanın qarşısında naməlum şəxs tərəfindən 23 bıçaq zərbəsi almaqla ağır yaralanıb. Yaralı xəstəxanada əməliyyat olunsa da, gecə saatlarında müəmmalı şəkildə dünyasını dəyişib. Hadisədən bir qədər sonra mərhumun sifarişlə qətlə yetirildiyi məlum olub. Qətlin sifarişçisinin əslən Qərbi Azərbaycandan olan 1966-cı il təvəllüdlü Aydın Aslan oğlu Rüstəmov, icraçının isə onun həmyerlisi, əvvəllər məhkum olunmuş 1974-cü il təvəllüdlü Şahvələd Mürsəl oğlu İmanov olması müəyyənləşib. Hadisədən sonra Ş.İmanov yaşadığı Göygöl rayonuna qaçıb. Lakin çox keçməyib ki, o, həbs olunub. İlkin dindirilmə zamanı sifarişçinin A.Rüstəmov olması müəyyənləşib. İstintaq zamanı müəyyənləşib ki, A.Rüstəmov 1996-cı ildən etibarən M.Həqzadə ilə dərman preparatlarının satışı ilə bağlı kommersiya fəaliyyəti ilə məşğul olub. 2011-ci ilin əvvəllərindən 2013-cü ilədək müxtəlif vaxtlarda M.Həqzadədən “Şəms” MMC firmasının nizamnaməsində dəyişiklik etməklə, onu firmanın müəyyən bir hissəsinə rəsmi payçı kimi rəsmiləşdirməsini tələb edib. Lakin M.Həqzadə onun tələblərini rədd edib. Bundan sonra o razılaşıb və qətl törədib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.İmanov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti və dövlət ittihamçısı apellyasiya protesti verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 262
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21