Bakıda oğurluqla məşğul olan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, martın 31-də «Sədərək» ticarət mərkəzində Lənkəran şəhər sakini Mehman Məmmədov diqqəti yayındırmaqla, Türkiyə vətəndaşı Yalıç Ərdala məxsus mağazanın kassasından 350 manat oğurlayıb. Müəyyən edilib ki, o, fevralın 18-də Adil İbrahimova məxsus mağazadan 960 manat, fevralın 26-da Ramiz Tağıyevə məxsus mağazadan 4000 manat, martın 25-də Əbülfət Qasımova məxsus mağazadan 1300 manat, 400 ABŞ dolları, aprelin 7-də Mənsur Məmmədova məxsus mağazadan 300 manat, dekabrın 8-də Əbdül İsmayılova məxsus mağazadan 3500 manat da oğurlayıb.
M.Məmmədov Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən yaxalanıb.