"Sahil" və "İçərişəhər" stansiyalarında hərəkət bərpa edilib - <span style="color:red;">YENİLƏNİB
11 avqust 2015 19:02 (UTC +04:00)

"Sahil" və "İçərişəhər" stansiyalarında hərəkət bərpa edilib - YENİLƏNİB

0

 

“Sahil" və “İçərişəhər” metro stansiyalarında qatarların hərəkəti bərpa edilib. 

 

Bunu “APA-Economics”ə açıqlaması zamanı “Bakı metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

 

"17:02-də baş vermiş problemlə bağlı gərginlik çıxarılıb, yəni qatarların hərəkəti dayandırılıb. 1 saat 20 dəqiqədən sonra isə hərəkət tam bərpa olunub", -deyə N.Paşayev vurğulayıb.

 

***

18:46

"28 may" və “İçərişəhər” xəttində tuneldəki su axıntısında nisbətən artma müşahidə olunub. Hər hansı bir problemlə qarşılaşmamaq üçün xətdə gərginlik çıxarılıb, yəni qatarların hərəkəti dayandırılıb”.

 

Bunu “APA-Economics”ə açıqlaması zamanı “Bakı metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

 

N.Paşayevin sözlərinə görə, “Həzi Aslanov” – “Dərnəgül” xətti ilə hərəkət edən qatarlarda hər hansı bir problem yoxdur, normal qaydasında hərəkət edir.

 

““Həzi Aslanov” - “İçərişəhər” xətti ilə  hərəkət edən qatarlar isə “Nizami” stansiyasında geri qayıdırlar. “İçərişəhər” stansiyası istiqamətində hərəkət edən sərnişinlər “28 May” stansiyasına kimi gedə bilərlər. Hal-hazırda iş gedir, yaxın müddətdə biz hərəkəti bərpa edəcəyik. Bu elə bir ciddi problem və qeyri-adi hadisə deyil. Hər hansı hadisənin baş verməməsi üçün bunu etməli idik. Su axıntısının gəldiyi yerlərdə hal-hazırda işlər aparılır ki, onun qarşısı alınsın. Bir saata kimi hərəkət bərpa olunmalıdır. Tuneldə heç kim qalmayıb, qatarlar tam vaxtında çıxarılıb, stansiyalara giriş yoxdur”, - N.Paşayev bildirib.

 

Qurum rəsmisinin sözlərinə görə, hal-hazırda axıntısının artmasının səbəbi araşdırılır: “Su axıntısının qarşısını almaq üçün 24 saat ərzində nasoslar işləyir. Problem araşdırıldıqdan sonra nasosların sayını artıra da bilərlər”.

 

****

18:00

“Sahil” və “İçərişəhər” stansiyaları bağlanıb.

Lent.az-ın “Report”a istinadən məlumatına görə, “Həzi Aslanov” - “İçərişəhər” xəttində yerləşən “Sahil” stansiyasının tunelində axma sularında artım müşahidə olunub.

"Hər hansı təhlükə yaşanmaması üçün təmas reyslərindən gərginlik ayrılıb. Yaranan vəziyyəti aradan qaldırmaq üçün “Həzi Aslanov” - “İçərişəhər” istiqamətində hərəkət edən qatarlar “Nizami” stansiyasına keçirilib və oradan geri qaytarılır.

"Bakı Metropoliteni"ndən qısa müddətdə hərəkətin bərpa olunacağı bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 614

Oxşar yazılar