“Nida”çıların məhkəməsi dekabrın 25-də davam etdiriləcək
19 dekabr 2013 13:33 (UTC +04:00)

“Nida”çıların məhkəməsi dekabrın 25-də davam etdiriləcək

Bakı Ağır Cinayətlər Məhkəməsində “Nida” Vətəndaş Hərəkatının 8 üzvünə qarşı başlanmış cinayət işi üzrə məhkəmə prosesinin davamında təqsirləndirilən şəxslərdən Məmməd Əzizov ibtidai istintaqa verdiyi ifadədən imtina edib. Lent.az-ın məlumatına görə, bunun ardınca onun yeni ifadəsi elan edilib. Məmməd Əzizov həmin ifadəsində deyib ki, ibtidai istintaqa verdiyi ifadələri MTN-də onda hədə-qorxu və mənəvi təzyiqlər vasitəsi ilə alıblar. O ikinci ifadəsində qeyd edib ki, əvvəlki ifadələrdəki bütün fikirlərdən imtina edir və həmin sözlərin heç biri doğru deyil. Məmməd Əzizov ifadəsində qeyd edib ki, onu Rəşad Həsənovla üzləşdirmədən sonra MTN işçilərinin istədiyi ifadəni vermədiyi üçün döyüblər. M. Əzizov deyib ki, o, heç vaxt narkotik istifadəçisi olmayıb, saxlamayıb, heç kimlə dəstə yaradaraq təxribat törətmək niyyəti olmayıb. Üzvü olduğu “Nida” Vətəndaş Hərəkatı da həmişə dinc yolla mübarizə aparmağın tərəfdarı olub və zorakılıqdan imtina edib.

 

Daha sonra M. Əzizov prokurorun suallarına cavab verməkdən imtina edib.

 

Daha sonra Şahin Novruzlunun vəkili Nemət Kərimli iki vəsatət qaldırıb. Vəsatətlərdən biri Şahin Novruzlunun MTN-də döyülməsi faktı ilə bağlı ekspertizanın keçirilməsi, digəri isə onun MTN-də verdiyi ifadələr zamanı qanuni nümayəndə və vəkilinin orda olub- olmaması ilə bağlı olub. Hakim vəsatətlərə münasibət bildirmək üçün müşavirəyə gedib. Müşavirədən sonra vəsatətləri baxılmadan saxlayıb.

 

Növbəti məhkəmə dekabrın 25-i saat 10:30-a təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 629
avatar

Anar Gəraylı

Oxşar yazılar