Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) kadr dəyişikliyi olub. Lent.az-ın xəbərinə görə, Nizami rayon dövlət yol polisi (DYP) şöbəsinin rəisi, polis polkovnik-leytenantı Fail Quliyev vəzifəsindən azad edilərək Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Avtonəqliyyat Vasitələrinin Axtarış Şöbəsinə rəis vəzifəsinə təyin olunub.
Qeyd edək ki, F.Quliyev daxili işlər nazirinin müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyevin qardaşıdır.
Xatırladaq ki, F.Quliyevin Nizami rayonunda tutduğu vəzifədən azad edilməsi xəbərini ilk olaraq report.az saytı yayıb.