“Mercedes” “KamAZ”la toqquşdu, yaralılar var
17 dekabr 2015 23:20 (UTC +04:00)

“Mercedes” “KamAZ”la toqquşdu, yaralılar var

0

Ağstafada iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Ağstafa şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı minik avtomobili ilə  “KamAZ” markalı yük maşınının toqquşması nəticəsində “Mercedes”də olan iki nəfər, Ağstafa rayon sakinləri, 1989-cu il təvəllüdlü Əvəz Alıməmmədov və 1988-ci il təvəllüdlü Orxan Yusibov müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 451

Oxşar yazılar