Dünən axşam saatlarında Bakı-Şamaxı yolunda baş vermiş ağır qəzada yaralanan şəxs vəfat edib. Lent.az xəbər verir ki, yolun Qobustandan keçən hissəsində "Mercedes" markalı avtomobilin "MAN" markalı yük maşınına çırpılması nəticəsində ağır xəsarət alan 1955-ci il təvəllüdlü Babayev Mehrab Nüsrət oğlu xəstəxanada vəfat edib.
Qeyd edək ki, 62 yaşlı sürücünü FHN-in xilasediciləri əzilmiş maşından çıxarmışdı.
*****
22:13
Qobustanda “MAN” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə cəlb olunan yanğınsöndürən-xilasedicilər minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.