“Lotu Qoca”nın qətlinin təfərrüatları bəlli oldu
25 avqust 2013 13:16 (UTC +04:00)

“Lotu Qoca”nın qətlinin təfərrüatları bəlli oldu

Türkiyədə qətlə yetirilən oğru dünyasının azərbaycanlı üzvü, “Lotu Qoca” kimi məşhurlaşan Əlibala Həmidovun qətlinin yeni təfərrüatları bəlli olub.

 

Məlumata görə, “Lotu Qoca” öldürüldüyü gün İstanbuldakı kafelərin birində avtoritet Adəm Avarski, sinif yoldaşı, avtoritet Hacıbaba və başqa bir nəfərlə çörək yeyərkən qəfildən ona zəng gəlib. Zəng edən şəxs onu küçəyə çağırıb.

 

“Qoca”nın küçəyə çıxması ilə güllələnməsi isə cəmi bir neçə saniyə çəkib.

Bu barədə aznews.az-ı məlumatlarından qaynaqların sözlərinə görə, “Lotu Qoca” küçəyə çıxdıqdan 3-4 saniyə sonra 3 nəfər onu güllələyərək qaçıb. Lakin “Qoca”nın adamları onları təqib edərək sui-qəsdçilərdən birini yaxalamağı bacarıb. Məlumata görə, azərbaycanlı avtoritetin adamları killerlərin başının üstündən atəş açmaqla onlardan birini dayanmağa məcbur ediblər. Ələ keçən killer “Qoca”nın adamlarına deyib ki, sifarişçi onlara öldürəcəkləri şəxsin biznesmen olduğunu, 3 milyon pul atdığını bildirib və onu öldürməyin müqabilində 100 min ABŞ dolları nağd pul ödəyib.

 

Əldə etdiyimiz məlumatda o da bildirilir ki, “Qoca”nın ölümündən sonra hüzr mərasiminə yığışan Rusiya və digər ölkələrdən olan bir neçə avtoritet onun Məcnun adlı əmisinin evində “sxodka” keçiriblər.

 

Məlum olub ki, Rusiya kriminallarının “atası” Ded Xasan öldürüləndən sonra “Lotu Qoca” onun 15 obyektini ələ keçirib. Bu isə “Ded Xasan”ın “varisi” sayılan bacısı oğlunun narazılığına səbəb olub. Sayt yazır ki, “sxodka”da avtoritetlər “Lotu Qoca”nın ölümünün sifarişçisinin kimliyi ilə bağlı bir neçə versiya üzərində dayanıblar. Əsas versiyaya görə, “Lotu Qoca”nı “Ded Xasan”ın bacısı oğlu öldürtdürüb.

 

“Sxodka” zamanı, həmçinin, qərar qəbul olunub ki, mərhum “Lotu Qoca”nın “sağ əli” və qaynı avtoritet Binnət təcili Moskvaya “Ded Xasan”ın varisi olan bacısı oğlu ilə məsələni araşdırmağa getsin.

 

Onu da qeyd edək ki, “Qoca”nın qardaşı avtoritet Tərlan Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib. Hazırda Rusiyada olan Tərlan qardaşının qanını sifarişçilərdən amansızcasına alacağına and içib.

 

“Yeni Müsavat”ın məlumatına görə, Ə.Həmidovun əmisi Məcnun Həmidov Bakıda iri ticarət mərkəzlərinə, bazara sahibdir.

 

musavat.com

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7236
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21