[b]“Leyla Şıxlinskaya” məhkəməyə gəlmək istəmir, hakim isə....[/b]
06 aprel 2018 17:46 (UTC +04:00)

[b]“Leyla Şıxlinskaya” məhkəməyə gəlmək istəmir, hakim isə....[/b]

"Leyla Şıxlinskaya" klinikasının mənimsəmədə və vergidən yayınmaqda təqsirləndirilən keçmiş baş mühasibi Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsüyeva, Yelena Abdullayevanın və digərlərin cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Leyla Şıxliniskayanın  məhkəməyə göndərdiyi  məktub elan edilib. Məktubda qeyd edilib ki, o,  işlə əlaqədar prosrsdə iştirak edə bilmir.

 

Lakin hakim Əfqan Hacıyev bildirib ki, bu müraciət qəbul edilmir və növbəti dəfə bildiriş göndərilərək Leyla Şıxliniskaya məhkəməyə dəvət ediləcək.

 

Məhkəmə aprelin 13-də davam edəcək.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər klinikanın sahibi Leyla Şıxlinskayanı, o isə keçmiş işçilərini ittiham edir.

 

Klinikanın fəaliyyəti ilə bağlı açılan cinayət işi ilə əlaqədar məlum olan budur ki, adıçəkilən şəxslərin əməlləri barədə əvvəlcə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb. İstintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilmişdi.

 

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 257

Oxşar yazılar

Bakıda yük maşını  ağaca çırpıldı

Bakıda yük maşını ağaca çırpıldı

13 fevral 2025 , 00:11
Bakıda məktəbli  vəfat etdi

Bakıda məktəbli vəfat etdi

12 fevral 2025 , 21:41
Bakıda kişi özünü asdı

Bakıda kişi özünü asdı

12 fevral 2025 , 19:33
Həkim səhvinə görə kişinin  qolları və ayaqları   kəsildi

Həkim səhvinə görə kişinin qolları və ayaqları kəsildi

12 fevral 2025 , 19:21
Rusiya onları Azərbaycana TƏHVİL VERDİ

Rusiya onları Azərbaycana TƏHVİL VERDİ

12 fevral 2025 , 18:21
Yasamalda XÜSUSİ ƏMƏLİYYAT:  saxlanılanlar var - VİDEO

Yasamalda XÜSUSİ ƏMƏLİYYAT: saxlanılanlar var - VİDEO

12 fevral 2025 , 17:33
Rusiyada  həbsdə olan   azərbaycanlı  müharibədə öldü

Rusiyada həbsdə olan azərbaycanlı müharibədə öldü

12 fevral 2025 , 16:57
Orkestr rəhbəri konsertdə öldü

Orkestr rəhbəri konsertdə öldü

12 fevral 2025 , 16:43