“Kanal 13” internet televiziyasının həbsdə olan direktoru Əziz Orucovun cinayət işi məhkəməsinin vaxtı məlum olub.
Lent.az-a bu barədə onun vəkili Cavad Cavadov məlumat verib. Onun sözlərinə görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Mirzə Xankişiyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası sentyabrın 27-ə təyin edilib.
Qeyd edək ki, Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur. Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.