“Jiquli” dərəyə düşdü: <b>1 ölü</b>
12 aprel 2014 11:01 (UTC +04:00)

“Jiquli” dərəyə düşdü: 1 ölü

Gədəbəyin Zəhmət kəndində “VAZ” markalı minik avtomobili idarəetməni itirərək dərəyə yuvarlanıb. Lent.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat gəlib. Dərhal hadisə yerinə nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Belə ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilin sürücüsü 1971-ci il təvəllüdlü Elman Fərman oğlu Abdullayev avtomobildən kənara çıxaraq, aldığı müxtəlif bədən xəsarətləri nəticəsində həlak olub.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə E. Abdullayevin cəsədini dərədən çıxarıb və aidiyyəti üzrə təhvil veriliblər.

 

 

# 565
avatar

Oxşar yazılar