“Günəşli”dəki qəzada həlak olan neftçilərdən ikisi dəfn edildi
08 dekabr 2015 13:05 (UTC +04:00)

“Günəşli”dəki qəzada həlak olan neftçilərdən ikisi dəfn edildi

 

SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində həlak olmuş iki neftçi bu gün Xudat və Qubada dəfn olunub.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, xilasedicilər tərəfində meyiti tapılan Xaçmaz rayonu, Köhnə Xudat kənd sakini, 1968-ci il təvəllüdlü Mahmudov Ağa İzzət oğlu doğulduğu kənddə torpağa tapşırılıb. Dəfn mərasimində Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, SOCAR-ın nümayəndələri də iştirak edib.

Quba rayon sakini, 1984-cü il təvəllüdlü Mayılov Samir Cahangir oğlu isə Qubanın Alpan kəndində basdırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 244
avatar

Oxşar yazılar