“Dövlətin ehtiyatda olan zabitlərə diqqət və qayğısı”
05 fevral 2013 17:08 (UTC +04:00)

“Dövlətin ehtiyatda olan zabitlərə diqqət və qayğısı”

Emin Həsənli: “Azərbaycan Silahlı Qüvvələrində şərəflə xidmət edən insanları hədəfə almaq günahdır”

 

Bu gün “Antimilli ünsürlərə” qarşı elan olunan həftəliyin iş planına uyğun olaraq Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin mərkəzi ofisində “Dövlətin ehtiyatda olan zabitlərə diqqət və qayğısı” mövzusunda tədbir keçirilib.

 

Lent.az-ın verdiyi məlumata görə, bununla bağlı keçirilən tədbirdə çıxış edən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli son vaxtlar Azərbaycan ordusuna qarşı aparılan kampaniyanın qərəzli daşıdığını vurğulayıb.

 

Bəzilərinin ehtiyatda və istefada olan hərbçilərin adından danışdığını söyləyən Emin Həsənli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev də son çıxışında orduya qarşı olan qüvvələri antimilli ünsürlər adlandırıb. O, Qaçqın və Məcburi Köçkün Təşkilatı, Dünya Gənc Türk Yazarlar Birliyi və Demokratik Tələbə Gənclər Təşkilatının bu prosesə qoşulduqlarını bəyan etdiklərini nəzərə çatdırıb: “Onlarla təşkilat bu prosesi dəstəkləyir. Orduya qarşı aparılan kampaniya bizi narahat etmir. Sadəcə, bir məqam var. Azərbaycan Silahlı Qüvvələrində şərəflə xidmət edən və bir çox məhrumiyyətlərə dözən insanları hədəfə almaq günahdır”.

 

“Azərbaycan Ordusu” qəzetinin əməkdaşı mayor İbrahim Rüstəmov deyib ki, bu gün Ermənistan üçüncü ölkə vasitəsi ilə orduya vətəndaş cəmiyyətinin nəzarəti adı altında QHT-lərə vəsait köçürür: “Azərbaycanda maraqları toqquşan dövlətlərin də hədəfində ordu var. Bu gün Azərbaycan ordusunu Sərhəd Qoşunları, Daxili Qoşunlar və başqa silahlı birləşmələrlə qərəzli şəkildə müqayisə edirlər. Azərbaycan ordusu Silahlı Qüvvələrimizin mütləq əksəriyyətini təşkil edir. Təmas xəttini də ordu qoruyur, səngərlərin daim düşmən tərəfdən atəş altında olması mənəvi, psixoloji təzyiq altında qoyur. Bəzən əsgərlər hərbi yükü sıldırım cığırlarla qollarında daşımalı olurlar. Ordunu digər silahlı birləşmələrlə müqayisə etmək qərəzlidir. Digər tərəfdən, bəzi şəxslərin ehtiyatda və istefada olan zabitlərin adından danışmasının yolverilməzdir ”.

 

Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri, general-mayor Dadaş Rzayev də bəzi şəxslərin ehtiyatda və istefada olan zabitlərin adından çıxış etmək haqqının olmadığını vurğulayıb: “Ümumiyyətlə, müdafiə naziri Səfər Əbiyevə beləsinin rütbəsinin alınması barədə müraciət ünvanlanmalıdır. Ədliyyə Nazirliyinə də müraciət ünvanlanmalıdır ki, Ehtiyatda və İstefada olan Zabitlər İctimai Birliyi adlı qurumun qeydiyyat məsələsinə yenidən baxılsın. Eyni adda olan və eyni mahiyyət kəsb edən iki təşkilatın olması doğru deyil”.

 

Ehtiyatda olan Zabitlər Konfederasiyası sədrini müavini ehtiyatda olan general-mayor Məmmədhüseyn Sarıyev və  Ehtiyatda olan Zabitlər Konfederasiyasının İdarə Heyətinin üzvü Adil Haqverdiyev də ordu və ordu rəhbərliyinə qarşı aparılan kampaniyanın qərəzli xarakter daşıdığını söyləyiblər. Emin Həsənli isə bildirib ki, ehtiyatda və istefada olan zabitlər hərbi təhsil müəssisələrində müəllim, yaxud müxtəlif dövlət orqanlarında çalışırlar: “Çox az qismi işsizdir. Ehtiyatda və istefada olan zabitlərin səhhəti də daim diqqət mərkəzindədir. Bu zabitlərin bir qismi müalicə üçün Türkiyəyə Gülhanə Hərbi Akademiyasına müalicəyə göndərilib. Mayor Şamil Abdullayev də o insanlarda biridir”.

 

Şamil Abdullayev deyib ki, vəziyyəti o qədər ağır idi ki, yaşamağıma inanmırmış: “Ehtiyatda olan Zabitlər Konfederasiyasının müraciətindən sonra Müdafiə Nazirliyi məni Gülhanə Hərbi Tibb Akademiyasına göndərdi, bu gün də sizin qarşınızda çıxış edirəm. Başqa birisi ehtiyatda və istefada olan zabitlər adından danışa bilməz”.

 

Sonda həmin antimilli ünsürlər cəmiyyətimizin gərgin bir dönəmə daxil olduğu bir vaxtda dövlətin ərazisinin, müstəqilliyinin və suverenliyinin qorunmasının əsas təminatçısı olan Silahlı Qüvvələrimizə qarşı belə qarayaxma kampaniyasına son qoymağa dəvət edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1696
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10