“Çelsi”nin xalı silinə bilər
11 dekabr 2016 14:07 (UTC +04:00)

“Çelsi”nin xalı silinə bilər

0

İngiltərə Futbol Assosiasiyası (İFA) “Çelsi”yə sərt cəza tətbiq edə bilər.

Qol.az-ın “Mirror” nəşrinə istinadən yaydığı xəbərə görə, Premyer Liqanın “Mançester Siti”yə qarşı matçında (3:1) futboçularının kobud davranışı səbəbindən London klubunun xalının silinəcəyi ehtimal olunur. Qəzet yazıb ki, son 19 ayda “Çelsi” tərəfindən 5-ci dəfədir eyni hala yola verilir. Bu səbəbdən İFA Antonio Kontenin komandasına ağır cəza vermək barədə düşünür.

Xatırladaq ki, həmin görüşdə hər iki klubun futbolçuları arasında dava həddinə çatacaq gərginlik yaranıb. Hadisənin böyüməsində “Çelsi”li futbolçular təqsirli bilinir. Bu qalmaqalla əlaqədar assosiasiya tərəfindən intizam işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar