“BakuBus"la "Maserati" toqquşdu
17 noyabr 2015 07:30 (UTC +04:00)

“BakuBus"la "Maserati" toqquşdu

Xətai rayonunda yol qəzası baş verib.

 

Lent.az-ın məlumatına görə, 8 saylı "BakuBus"un avtobusu "Maserati" markalı avtomobillə toqquşub.

 

Qəza rayonun Afiyəddin Cəlilov küçəsində qeydə alınıb. Sərnişin avtobusu sola dönən zaman "Maserati"ni gözləməyib.  Nəticədə toqquşma baş verib. Qəza zamanı xəsarət alan olmayıb.

 

Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər. Faktla əlaqədar araşdırma aparılır.

 

Fərahim Qasımov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 325
avatar

Oxşar yazılar