“Azərsu” və “Azərişıq”ın əməkdaşları bədbəxt hadisənin qurbanı oldular
08 dekabr 2015 12:55 (UTC +04:00)

“Azərsu” və “Azərişıq”ın əməkdaşları bədbəxt hadisənin qurbanı oldular

Sumqayıt şəhərinda bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 7-də Abşeron rayonunun Saray qəsəbəsində “Azərsu” ASC-nin su anbarında qaynaq işləri aparan Sumqayıt şəhər sakini Həbib Qasımovun üzərinə dəmir boru düşüb və o, hadisə yerində ölüb.

Bundan başqa dekabrın 7-də Mingəçevir şəhərinin "20 yanvar" küçəsində təmir işləri aparan “Azərişıq” MMC-də işləyən İstiqat Yusifovun üzərinə işıq transformatoru düşüb. O, xəstəxanaya yerləşdirilib və orada ölüb.

 

Araşdırmalar aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 260
avatar

Oxşar yazılar