“Azərbaycanfilm”də yeni komediya
30 iyul 2013 11:06 (UTC +04:00)

“Azərbaycanfilm”də yeni komediya

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında “Polkovnikin xəzinəsi” adlı filmin çəkilişlərinə hazırlıq gedir. Lent. az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, komediya janrında çəkiləcək filmin əsas hissəsi keçmiş polkovnikin pullarını yaşadığı qocalar evində itirməsindən sonra başlanır. Bundan sonra öz dostlarından şübhələnən polkovnikin başına gələn hadisələr gülüş obyektinə çevrilir.

Filmin çəkilişlərinə avqustun ortalarında başlanılacaq və çox hissəsi Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatda aparılacaq. Çəkilişlər 7 ay davam edəcək.
 

 

Qeyd edək ki, filmin ssenari müəllifləri İlqar Fəhmi və Fikrət Ələkbərov, quruluşçu rejissoru Fikrət Ələkbərov, quruluşçu operatoru Kənan Məmmədov, rəssamı isə İbrahim Xəlildir. Filmdə rolları xalq artistləri Fuad Poladov, Tariyel Qasımov, Arif Quliyev və başqaları oynayacaqlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 629
avatar

Oxşar yazılar