Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bərdə rayonunun Hüseynbəyli kəndindəki "Aran" kafesində oranın işçisi Şəhriyar Əliyevin qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, bundan başqa Goranboy rayonunun Qızılhacılı kəndindəki "Çənlibel" kafesində oranın işçisi Xumar İsgəndərovanın da gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi müəyyən olunub.
Hər iki faktla əlaqədar araşdırmalar aparılır.