"28 mall" ticarət mərkəzində başlayan yanğın söndürülüb. Lent.az-ın məlumatına görə, hadisə yerinə 4 yanğınsöndürən briqadası cəlb olunub. Binanın tavan hissəsi xeyli ərazidə yanıb. Artıq yanğın söndürülüb.
Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.
***
20:27
Bakının Nəsimi rayonunda, “28 may” metrostansiyası yaxınlığında yerləşən “28 Mall” ticarət mərkəzində yanğın başlayıb. APA-nın məlumatına görə, yanğın binanın üst mərtəbəsində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb olunub. Ticarət mərkəzində olanlar təxliyə olunub. Baş vermiş yanğının səbəbi hələlik məlum deyil. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.