“28 MALL”-da baş vermiş yanğınla bağlı FHN-in məlumatı
02 yanvar 2015 23:58 (UTC +04:00)

“28 MALL”-da baş vermiş yanğınla bağlı FHN-in məlumatı

0

Fövqəladə Hallar Nazirliyi “28 MALL” ticarət mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayıb. Lent.az-ın  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakı şəhəri, Nəsimi rayonunda “28 MALL” ticarət mərkəzinin 4-cü mərtəbəsində vətəndaş tərəfindən icarəyə götürülmüş kafenin mətbəxində baş verib. Nəticədə kafenin dam örtüyündə quraşdırılmış ventilyasiya qurğusu və 6 p.m izolyasiyası yanıb. Yanğından inzibati bina  və soyuducu kamerası mühafizə olunub. Yanğın saat 20:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 229

Oxşar yazılar