Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Həsən Əliyev küçəsində “Prado”, “Mercedes” və “BMW X5” markalı avtomobillərin toqquşması nəticəsində həmin maşınlarda olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri, Nərimanov Rayon Polis İdarəsinin və Təcili Tibbi Yardımın əməkdaşları gəliblər. Yaralılar xəstəxanaya aparılıb.
Hazırda ərazidə araşdırma aparılır.