Bakıda zəncirvari yol qəzası baş verib. Lent.az xəbər verir ki, saat 06:50 radələrində Mikayıl Useynov küçəsində («Dalğa plaza»nın qarşısı) “Subaru”, “Nisan” və “Ford” markalı minik avtomobilləri toqquşub. Nəticədə “Subaru”da olan 1990-cı il təvəllüdlü Rəhimov Rasim Şəmsəddin oğlu, “Nissan”da olan sürücü Elman Manafov, sərnişinlər 1975-ci il təvəllüdlü Əliyev İlham Seyidağa oğlu, 1988-ci il təvəllüdlü Həsənov Gündüz Abbas oğlu və 1987-ci il təvəllüdlü Əkbərov Mehman Telman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. R.Rəhimov “City Hospital”a, digər yaralılar isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Zəncirvari qəzada iştirak edən “Ford” hadisə yerindən yayınıb.
Qeyd edək ki, qəzaya yolun sürüşkən olması səbəb olub. Araşdırma aparılır.