Bakıda küçədə yaşayan qadın vəfat edib. Lent.az-ın məlumatına görə, dünən saat 09-30 radələrində 1958-ci ildə Bakı şəhərində anadan olmuş, son vaxtlarda tüfeyli həyat tərzi sürən və daimi yaşayış yeri olmayan Bədəlova Leyla Ədalət qızı 20-ci yaşayış sahəsi ərazisindən 3 saylı Təcili Tibbi Yardım Stansiyası əməkdaşları tərəfindən Bakı Sağlamlıq Mərkəzinə aparılıb. 58 yaşlı qadın həkimlərin səyinə baxmayaraq vəfat edib.
Faktla bağlı araşdırma aparılır.