NİDA-çı gəncin cinayət işi icraata verildi
24 oktyabr 2016 15:06 (UTC +04:00)

NİDA-çı gəncin cinayət işi icraata verildi

Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nida Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun cinayət işi icraata verilib.

 

Bu barədə Lent.az-a vəkil Elçin Sadıqov məlumat verib. O bildirib ki, cinayət işi bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun icraatına verilib və hazırlıq iclası 01.11.2016-cı il tarixə saat 14.00-a təyin edilib.

 

Qeyd edək ki, Nida Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədov Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3( külli miqdarda qanunsuz maddə dövriyyəsində) təqsirləndirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199
avatar

Səlcuq Elçin

Oxşar yazılar