Məhkəmə Fuad Qəhrəmanlını həbsdə saxladı
25 yanvar 2016 15:59 (UTC +04:00)

Məhkəmə Fuad Qəhrəmanlını həbsdə saxladı

Bu gün Nəsimi Rayon Məhkəməsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlının barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə verilən vəsatətə baxılıb.

 

Lent.az-ın məlumatına görə,  hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilməyib.

 

Qeyd edək ki, Fuad Qəhrəmanlı keçən il  dekabrın 8-də Nəsimi Rayon Məhkəməsində onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

F.Qəhrəmanlıya qarşı Cinayət Məcəlləsinin 281.1-ci (Dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham irəli sürülüb.

Onu da qeyd edək ki, yanvarın 22-də keçirilən prosesdə müdafiə tərəfi hakim Şəlalə Həsənovanın məhkəməyə sədrlik etməsinə etiraz edərək vəsatət qaldırıblar. Fuad Qəhrəmanlının barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərarı Şəlalə Həsənova verdiyi üçün müdafiəçilər yenidən həmin hakimin işə baxmasını istəməyiblər. Buna görə də proses qeyri-müəyyən vaxtadək təxirə salınıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 203
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21