Qənirə Paşayeva Ankarada Qarabağ parkının salınmasını təklif edib
19 dekabr 2015 13:45 (UTC +04:00)

Qənirə Paşayeva Ankarada Qarabağ parkının salınmasını təklif edib

Millət vəkili Qənirə Paşayeva Ankara şəhəri Gölbaşı  bələdiyyə başqanı Fatih Duruayilə görüşüb.

Lent.az-ın məlumatına görə,  Qənirə Paşayeva bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı fikir mübadiləsi aparıb. Q. Paşayeva yaxın zamanlarda Ankarada, Gölbaşının mərkəzi parklarından birinə Qarabağ adının veriləcəyinə inandığını deyib və Gölbaşı  bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. 

Azərbaycanı çox sevdiyini deyən Gölbaşı  bələdiyyə başqanı Fatih Duruay  Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Gölbaşı  bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Millət vəkili Gölbaşı  bələdiyyə başqanı Fatih Duruay və xanımını Azərbaycanda görməkdən məmnun olacaqlarını bildirərək onları ölkəmizə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən Gölbaşı  bələdiyyə başqanı Fatih Duruay Azərbaycana məmnuniyyətlə səfər etmək və əməkdaşlığı daha da genişləndirmək istədiklərini bildirib. Görüşdə İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin rəhbəri Asif Qurban, Ankarada yaşayan bir sıra azərbaycanlı ziyalılar da iştirak edib və  bir sıra fikir və təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 178
avatar

Oxşar yazılar