9 yaşlı oğlanı zorlayan şəxslə bağlı protest verildi
23 mart 2015 16:18 (UTC +04:00)

9 yaşlı oğlanı zorlayan şəxslə bağlı protest verildi

Baş Prokurorluq 9 yaşlı oğlana qarşı təcavüz edən Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Oqtay Mayılovun cəzasının ağırlaşdırılması ilə bağlı protest verib. Lent.az-ın məlumatına görə, Prokurorluğun protesti hakim Əflatun Qasımovun icraatına verilib və məhkəmənin hazırlıq iclası martın 29-na təyin edilib. 

Xatırladaq ki, Oqtay Mayılov ötən ilin yayında Sabunçu qəsəbəsində 9 yaşlı Elşəni (ad şəri verilib) zorlayıb. Həmin vaxt azyaşlı siqaret çəkirmiş. Oqtay azyaşlının siqaret çəkməsini anasına deyəcəyi ilə hədələyib və onu gizli bir yerə apararaq zorlayıb. 


Oqtay Mayılov Cinayət Məcəlləsinin 150.1-ci (zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Oqtay Mayılov 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək Oqtay Mayılovun cəzasının ağırlaşdırılmasını istəyib. 


Qeyd edək ki, ittihamçı-prokuror Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Oqtay Mayılovun 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini məhkəmədən istəmişdi.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 122
avatar

Səlcuq Elçin

Oxşar yazılar