800 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub
13 mart 2013 19:23 (UTC +04:00)

800 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub

“İşin səmərəli təşkil olunması üçün bələdiyyələrin fəaliyyətinə nəzarət dövlət tərəfindən həyata keçirilir. Bu, beynəlxalq təcrübədə də mövcuddur. Həm Konstitusiyamızda, həm Avropa Xartiyasında, eləcə də bələdiyyələrin statusu haqqında qanunda bələdiyyələrə inzibati nəzarətin həyata keçirilməsi nəzərdə tutulur”.

Lent.az-ın məlumatına görə, bunu yap.org.az saytına müsahibəsində Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə bildirib.

 

Mərkəz rəisinin sözlərinə görə, bələdiyyələr qəbul etdiyi qərarları 15 gün müddətində Mərkəzə təqdim edirlər. Əvvəlki illərdə bələdiyyə sədrləri bu işə bir qədər ciddi yanaşmırdılar. “Müvafiq sənədləri bizə göndərməyən 800-ə qədər bələdiyyə sədrini inzibati məsuliyyətə cəlb etmişik. Amma ildən-ilə bu göstərici aşağı düşür. Keçən il 52 mindən çox bələdiyyə aktı Mərkəzə təqdim olunub. Bu, çox böyük göstəricidir və ildən - ilə artır. Bunların içərisində biz 1500-dək bələdiyyə aktının qanunvericiliyə uyğun olmadığını müəyyən etdik. Yəni 52 min aktdan 1500-ü qanunauyğun deyildi. İnzibati nəzarətin tətbiqinin müsbət nəticəsidir ki, bələdiyyələr öz işlərini təkmilləşdirirlər, nöqsanları aradan qaldırırlar. Nöqsanlar da getdikcə azalır”-deyə, M. Səlimzadə bildirib. 
 

Mərkəz rəisinin sözlərinə görə, bununla yanaşı bələdiyyələrin fəaliyyətinə maneçilik törədən məqamlar var ki, bu da özlərinin yol verdiyi qanunsuzluqlardır: “Bu qanunsuzluqların aradan qaldırılması üçün müvafiq işlər görülür. Müxtəlif mənbələrdən bizə daxil olan müraciətlərdə, həm aktlara baxılarkən qanunsuzluğa rast gəlirik. Araşdırmalar nəticəsində ciddi qanunsuzluqlar aşkar olunduqda mütləq onun hüquqi qiymətləndirilməsi məsələsi gündəmə gəlir. Belə materialları Respublika Prokurorluğuna göndəririk. Ötən il biz 28 fakt üzrə prokurorluğa müraciət etdik. Ümumilikdə isə, bələdiyyələrə inzibati nəzarət yaxşı nəticələr verir”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 979
avatar

Oxşar yazılar

Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19