Bakıda 7 yaşlı uşaq faciəli şəkildə ölüb. Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Ə. Talıblı küçəsi 3/8 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən yaşayış binasında yaşayan, 7 yaşlı Ramal Cavid oğlu Ağazadə binanın 5-ci mərtəbəsində, liftin açıq qapısından şaxtaya düşüb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Yasamal rayon Prokurorluğundan araşdırma aparılır.