7 dekan təyin edildi: <span style="color:red;">müqavilə ilə
18 noyabr 2015 15:30 (UTC +04:00)

7 dekan təyin edildi: müqavilə ilə

0

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) vakant dekan vəzifələri üçün müsabiqə başa çatıb. Lent.az-ın modern.az-a istinadən məlumatına görə, rektor Mustafa Babanlının əmri ilə universitetin 7 əməkdaşı  5 illik əmək müqaviləsi ilə müvafiq fakültələrə rəhbərlik edəcəklər.

Məlumatda qeyd edilir ki, dosent Nəriman  Nərimanov  Geoloji-kəşfiyyat fakültəsinə,  professor Qafar  İsmayılov  Qaz-neft mədən fakültəsinə, dosent Fəttah Həşimov Kimya-texnologiya fakültəsinə, dosent  Əli Əhmədоv  Neft-mexanika fakültəsinə, dosent Zakir Həsənov Energetika fakültəsinə,  dosent Səməd Yusifov İstehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinə, dosent İlham Rüstəmov İqtisadiyyat, beynəlxalq iqtisadi münasibət və menecment  fakültəsinə  dekan vəzifələrinə təyin ediliblər. 








 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 443

Oxşar yazılar