70 manata görə 4 il həbs cəzası aldı
06 yanvar 2016 12:14 (UTC +04:00)

70 manata görə 4 il həbs cəzası aldı

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Vaqif Novruzovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, onun barəsində olan heç yerə getməməklə bağlı iltizam tədbiri dəyişdirilərək həbs qət-imkan tədbiri ilə əvəzlənib. O, 4 il müddətə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs edilib.

 

Qeyd edək ki, quldurluq hadisəsi bu il Keşlə qəsəbəsində baş verib. 1989-cu il təvəllüdlü Vaqif Novruzov oğurluq məqsədilə evə girsə də, mənzilin sahibi evdə olub.  O,  quldurluq yolu ilə mənzildən 70 manat götürüb. Polis əməkdaşlarının əməliyyat axtarış tədbiri nəticəsində Vaqif Novruzov həbs edilib.

 

O, Cinayət Məcəlləsinin 180.2.3 (yaşayış sahəsinə, habelə binaya,anbara və ya başqa saxlac yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 393
avatar

Səlcuq Elçin

Oxşar yazılar