Bakıda qadınların qızıl-zinət əşyalarını ələ keçirməkdə təqsirləndirilən Rəşad Məlikovun məhkəməsi başlayıb.
Lent.az-ın Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı oktyabrın 21-ə təyin edilib.
Qeyd edək ki, bu ilin iyun ayında Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə soyğunçuluq cinayətləri törətməkdə şübhəli bilinən Binəqədi rayon sakini Rəşad Məlikov istintaqa təhvil verilib. Araşdırma zamanı məlum olub ki, R. Məlikov Nəsimi rayonunda 6 qadına qarşı soyğunçuluq edərək onların qızıl-zinət əşyalarını ələ keçirib.