6 nəfərə qarşı dələduz edən şəxs azadlığa çıxdı
06 oktyabr 2016 13:36 (UTC +04:00)

6 nəfərə qarşı dələduz edən şəxs azadlığa çıxdı

0

Məhkəmədən 6 nəfərə qarşı dələduzluqda təqsirləndirilən Telman Xudaverdiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Telman Xudaverdiyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci ( şərti) cəza tədbiq edilib. 3 il sınaq müddəti olaraq məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd edək ki, 6 vətəndaşa qarşı dələduzluq əməli törədən Telman Xudaverdiyev Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunub. Məhkəmə istintaqı zamanı o dəymiş ziyanı ödəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 347

Oxşar yazılar