68 yaşlı kişini maşın vurub öldürdü
05 iyul 2017 09:10 (UTC +04:00)

68 yaşlı kişini maşın vurub öldürdü

nəqliyyat hadisəsi baş verib.
 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, iyulun 4-ü axşam saatlarında Oğuz rayon sakini Sultan Gülməmmədov idarə etdiyi “VAZ 21074” markalı, 48 BC 789 dövlət nömrə nişanlı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Oğuz şəhər sakini, 1949-cu il təvəllüdlü Vidadi Nüsrət oğlu Ağayevi vurub.


Müxtəlif dərəcəli bədən xəsarətləri alan Vidadi Ağayev Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.

 

Xəstəxanadan APA-ya bildirilib ki, Vidadi Ağayevə xəstəxanada lazımı tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Qəbələ MRX-a göndərilib. Lakin o, dünyasını dəyişib.


Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 205
avatar

APA Baycan

Oxşar yazılar