İyunun 24-də axşam saatlarında 67 yaşlı Quba rayon sakini arı sancması nəticəsində dünyasını dəyişib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun İspik kənd sakini 67 yaşlı Qədirov Əmir İsmayıl oğlunu çox sayda arı sancıb. O, Quba Mərkəzi Rayon Xəstəxanasına gətirilərkən yolda dünyasını dəyişib.